İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

20-01-2017 11:56 / Bu xəbər 1387 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
 
Bu barədə APA xəbər yayıb.

Məlumatda deyilir ki, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb, "Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri - baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
 
1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.