Sabah qar yağacaq

Sabah qar yağacaq

12-02-2017 12:28 / Bu xəbər 1673 dəfə oxundu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində
yağıntının intensiv olacağı ehtimalı var.
 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   0-2° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.