İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

22-02-2019 14:48 / Bu xəbər 1158 dəfə oxundu

Prezident İlham Əliyev fevralın 22-də "Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.