58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir? (ŞƏRH)

58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir? (ŞƏRH)

21-03-2019 20:10 / Bu xəbər 1854 dəfə oxundu

"2008-ci ildən 2018-cu ilədək dövlət büdcəsindən tikinti layihələri üçün 53 milyard 206 milyon manat vəsait xərclənib"

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

O deyib ki, bu dövrdə xərclənmiş vəsaitin orta illik miqdarı 4 milyard 837 milyon manat olub. 

Ekspert qeyd edib ki, tikintiyə ayrılmış pulların xərclənməsinə dair məlumatlar hətta Milli Məclisdən də gizlədilir: "Büdcə xərlərinin hər il 30-35 faizi bu xərc maddəsi üzrə ayrılsa da, indiyədək vəsaitin hara, necə və kim tərəfindən xərclənməsinə dair məlumatlar nəinki ictimaiyyətdən, hətta Milli Məclis üzvlərindən də gizlədilir. Çünki tikintiyə ayrılan vəsaitlər Azərbaycan dövlət büdcəsinin ən çox korrupsiyalaşmış xərc maddəsidir". 

"Cari ildə dövlət büdcəsindən tikintiyə 6 milyard 390 milyon 600 min manat vəsait ayrılacaq, amma nəinki onun təsnifatı, hətta layihələr üzrə bölgüsü belə açıqlanmır", - iqtisadçı bildirib.