Abel Məhərrəmovun qardaşına məxsus içki biznesinin aşkarlandığı deyilir

Abel Məhərrəmovun qardaşına məxsus içki biznesinin aşkarlandığı deyilir

19-11-2018 17:54 / Bu xəbər 1384 dəfə oxundu

Abel Məhərrəmovun qardaşına məxsus obyekt aşkarlanıb

Ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan akademik Abel Məhərrəmovun qardaşı, Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmovun pivə evi ortaya çıxıb. 

Bu barədə Demokrat.Az məlumat yayıb.

Məlumata görə, hazırda paytaxtın Binəqədi rayonu, 8-ci mikrarayon ərazisində fəaliyyət göstərən "Saloon Beer Pub" adlı bahalı iaşə obyekti Abel Məhərrəmovun məmur qardaşına məxsusdur. 

"Saloon Beer Pub" pivə evində yerli içkilərlə yanaşı, bahalı Avropa pivələrinin də satıldığı, hətta Rauf Məhərrəmovun özünün də tez-tez sözügedən obyektə gəldiyi iddia olunur. 

"Artıq heç kəsə sirr deyil ki, Məhərrəmov qardaşlarının biri bahalı ispan şərabı, digəri isə pivə biznesilə məşğul olur", - yazı müəllifi qeyd edir. 

Haqqında bəhs edilən "Saloon Beer Pub" pivə evindən fotolar: