ABŞ diplomatından Rusiya xəbərdarlığı

ABŞ diplomatından Rusiya xəbərdarlığı

11-12-2018 14:11 / Bu xəbər 1293 dəfə oxundu

Rusiya Baltik dənizinin dibiylə çəkilməsi planlaşdırılan Şimal Axını 2 təbii qaz layihəsi vasitəsilə Avropa üzərində təsirini artırmaq, Ukraynanı daha da sıxmaq istəyir. 

Belə bir xəbərdarlıqla Birləşmiş Ştatların aparıcı enerji diplomatı çıxış edib.

Birləşmiş Ştatların dövlət katibinin enerji resursları üzrə köməkçisi Francis Fannon dekabrın 10-da danışıb.

ABŞ rəsmiləri Avropa liderlərini bu kəmər layihəsini dayandırmağa, yaxud dəyişdirməyə çağırırlar.

Şimal axını 2 Rusiya qazını Baltik dənizinin dibiylə birbaşa Qərbi Avropaya daşıyacaq və Ukraynadakı mövcud şəbəkələrdən yan keçəcək.

Almaniya qaz təchizatını şaxələndirməkdən ötrü bu kəməri dəstəkləyir. Almaniyanın xarici işlər naziri deyib ki, Berlin layihəyə siyasi dəstəyini geri çəkməyəcək. Almaniya Kansleri Angela Merkelin sözlərinə görə, Ukrayna ərazisindən qaz göndərişlərinə icazə vermək üçün Rusiya Prezidenti Vladimir Putin-dən vəd alıb.

Ancaq ABŞ-ın həm indiki prezidenti Donald Trump, həm də sələfi Barack Obama bu layihəyə qarşı çıxıb, Rusiyanın ondan Avropaya təsirini artırmaq üçün istifadə edəcəyini bildirib.

Fannon deyib ki, "Rusiya həm qərbə təzyiqini artırmaq istəyir, həm də Ukraynanı Avropadan ayırmağa çalışır”.

Putin isə Şimal axını layihəsinin iqtisadi baxımdan digər ölkələrə qarşı yönəlmədiyini iddia edir.
 
Azadliq Radiosu