ABŞ-ın Azərbaycana yeni səfiri təsdiqlənib

ABŞ-ın Azərbaycana yeni səfiri təsdiqlənib

14-12-2018 13:04 / Bu xəbər 1267 dəfə oxundu

ABŞ Senatı Erl Litsenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. 

Onu bu vəzifəyə prezident Donald Tamp irəli sürmüşdü.

İndiyədək Litsenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.

O, hazırda Dövlət departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.

Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.

ABŞ-ın əvvəlki səfiri Robert Cekuta bu ilin mayında diplomatik missiyasını başa vurub.

Azadlıq Radiosu