Amaliya Pənahova vəfat edib
08-11-2018 15:59 / Bu xəbər 1483 dəfə oxundu
Aktrisa, keçmiş deputat Amaliya Pənahova noyabrın 8-də, 73 yaşında vəfat edib.
Ölümün səbəbi, hələlik, açıqlanmayıb.
A.Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub.
O, 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.
Bir çox teatr tamaşalarında və kino filmlərdə rol alıb.
Ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib.
O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmışdı.
2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.