Arif Hacılı niyə narahatdır?

Arif Hacılı niyə narahatdır?

08-02-2017 04:05 / Bu xəbər 1637 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı feysbuk səhifəsində İŞİD terrorçusunun yaydığı video-müraciətə münasibət bildirib. 

"Bir İŞİD nümayəndəsinin Azərbaycanı terrorla hədələyən, məzhəb ayrılığı zəminində ölkəni dini qarşıdurmaya sövq edən çıxışı yayılıb. Cəsur görünmək üçün yanına iki Kalaşnikov avtomatı qoysa da qorxudan titrəyir, səsi əsir. Onlar bizsiz də susdurulacaq. Bu, məni narahat etmir. Məni narahat edən bu dəyyusun çıxışını bəyənən, paylaşan vətəndaşlarımızın ölkənin taleyinə biganəliyi, belə ciddi məsələlərə səthi yanaşmasıdır”, - deyə A.Hacılı qeyd edib. 

Qeyd edək ki, İŞİD üzvü olması ehtimal olunan bir şəxs fevralın 6-da sosial şəbəkələrdə video paylaşaraq, Azərbaycanı terrorla hədələyib. Terrorçu hədə və təhqir dolu video-müraciətində ölkədə həbsdə olan vəhhabilərin azad edilməsini tələb edib.

Terrorçu 11 sentyabrdan öncə ABŞ Kəşfiyyatında hücumla bağlı məlumat olduğunu və  hədəsinin ciddi olduğunu inandırmağa çalışıb.

Arqument.Az