Arif Hacılı Tofiq Yaqublunu müavinlikdən çıxardı

Arif Hacılı Tofiq Yaqublunu müavinlikdən çıxardı

14-02-2018 20:01 / Bu xəbər 1005 dəfə oxundu

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub. 

Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. 

Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report”a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.