Atatürk parkındakı obyektlər söküləcək

Atatürk parkındakı obyektlər söküləcək

12-12-2018 17:50 / Bu xəbər 995 dəfə oxundu

Bakının icra hakimiyyəti paytaxtın Nərimanov rayonunda Atatürk Parkında tikililərin sökülməsi ilə əlaqədar bəyanat yayıb.

Meriyanın məlumatında deyilir: "Bu parkda yaranmış vəziyyət günün tələblərinə uyğun deyil. Bu səbəbdən parkda bir neçə ictimai iaşə obyektinin söküntüsü həyata keçirilir. Sökülmüş obyektlərin yerinə yeniləri tikiləcək".

"Parkda yalnız antisanitariya şəraiti yaradan və sənədi olmayan qanunsuz tikilmiş obyektlər sökülüb. Mülkiyyət sənədi olanlara müvafiq yenidənqurmalar həyata keçirilməsi tövsiyə edilib", - deyə məlumatda bildirilir.

Sözügedən yerdə uzun illər onlarla kafe, restoran və çayxana fəaliyyət göstərib. Bura dövlət başçısının iqamətgahlarından birinin bilavasitə yaxınlığında yerləşir.

Turan