Avropa Məhkəməsi Xədicə İsmayılın işi barədə hökmü elan edib

Avropa Məhkəməsi Xədicə İsmayılın işi barədə hökmü elan edib

10-01-2019 16:50 / Bu xəbər 1540 dəfə oxundu

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın işinə dair hökm çıxarıb.

Vəkil Fariz Namazlının yaydığı məlumata görə, qərar bu gün, yanvarın 10-da elan olunub.

Bu iş X. İsmayılın videogörüntülərinin yayılması nəticəsində CM.nin 156.cı maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

"Məhkəmə yerli qurumların pozitiv öhdəliklərini yerinə yetirməməsinə görə Konvensiyanın 8.ci maddəsinin pozuntusu, açılmış cinayət işi ilə bağlı rəsmi qurumlar tərəfindən yayılmış bəyanata görə 8.ci maddənin pozuntusu, 10.cu maddənin pozuntusunu tanıdı, 6.cı maddə üzrə şikayəti araşdırmağa ehtiyac görmədi, mənəvi zərərə görə 15000 avro, məhkəmə xərclərinə görə 1750 avro müəyyən etdi" - F.Namazlı bildirib.

2012-ci ildə jurnalistin intim videosu internetdə yayıldıqdan sonra Moskvadan göndərilən məktubda ondan tələb olunub ki, elədiyi işdən yayınsın, yoxsa rüsvay ediləcək.

Xədicə İsmayıl bu şantaj məktubunun Azərbaycanda prezident ailəsinin iddia olunan bizeslərinə dair apardığı araşdırmalarla bağlı olduğunu bildirib.

Jurnalist Xədicə İsmayıl illərdir ki, Azərbaycan hökumətinin tənqidçisi olub. O, hökumət və prezident İlham Əliyevin ailəsinə bağlı biznesləri araşdırıb.

Xədicə İsmayılova 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə şərti azadlığa buraxılıb.

Avropa Məhkəməsində bu işlə bağlı da bir iddia qaldırılıb.

Pərvanə Qurbanlı
Toplum Tv