Avropa məhkəməsinin qərarlarının Azərbaycanda icrası dayandırılacaq?

Avropa məhkəməsinin qərarlarının Azərbaycanda icrası dayandırılacaq?

11-01-2018 18:27 / Bu xəbər 992 dəfə oxundu

Avropa məhkəməsinin qərarlarının Azərbaycanda icrası dayandırılacaq?

İki ildir müzakirəsi təxirə düşən dövlətarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Mİlli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər beynəlxalq qurumların üzvüdür.

Qeyd edək ki, qanun layihəsi ilk dəfə 17 mart 2016-cı ildə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılaraq bəyənilsə də, qərar olaraq bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər.

Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb.