Azərbaycan Afrika ölkələri ilə bir sırada - İNFOQRAFİKA

Azərbaycan Afrika ölkələri ilə bir sırada - İNFOQRAFİKA

22-02-2018 18:02 / Bu xəbər 2291 dəfə oxundu

"Beynəlxalq Şəffaflıq” təşkilatı  2017-cı il üçün Korrupsiya Qavrama İndeksini təqdim edib. 

İndeks dövlət sektorunda korrupsiyanın qiymətləndirilmə dərəcəsinə əsaslanır. 

Toplum.Tv xəbər verir ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanır, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. 

Ən az korrupsiyalaşmış dövlət 89 bala sahib Yeni Zelandiyadır. 

İkincilik Danimarkanındır. 

Üçüncü yerə Finlandiya, Norveç və İsveçrə layiq görülüb.  

Ən çox korrupsiya isə cəmi 9 balı olan Suriyadadır.

İndeksə görə, Azərbaycan 180 ölkə arasında 122-ci ölkədir. 

Qafqazın lideri Gürcüstan 46-cı yerdədir.  

Ermənistan da Azərbaycanı qabaqlayaraq, 107-ci sırada qərarlaşıb.
 
Azərbaycanla 31 xalla bu yeri Afrika ölkələri - Cibuti, Liberiya, Malavi, Mali və Nepalla bölüşdürür. Bu sırada Qazaxıstan və Moldova da yer alır. 

Toplum.Tv Qafqaz və regionun digər postsovet ölkələrinin 2017-ci il reytinqini sıralayıb.