Azərbaycanda qar uçqunu: Bələdiyyə sədrinin ailə üzvləri öldü

Azərbaycanda qar uçqunu: Bələdiyyə sədrinin ailə üzvləri öldü

23-02-2017 14:34 / Bu xəbər 2324 dəfə oxundu

Lerik rayonunda qar uçqunu baş verib.
 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orand kəndində qeydə alınıb.
 
Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü ölüb. 
 
13:01 
***
 
Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ölən 4 nəfərin adları dəqiqləşib.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. 
 
Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə ağır vəziyyətdə uçqun altından çıxarılıb. Onun yaşamaq şansının olduğu bildirilir.
 
Polis və təcili yardım əməkdaşları qalın qar örtüyü səbəbindən hələ də hadisə yerinə çata bilməyib. Kənd sakinlərinin köməkliyi ilə meyitlər dağıntılar altından çıxarılıb.
 
Qeyd edək ki, qar uçqununun altında qalan ev Orand kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.