Azərbaycanlı deputatın oğlu xaricdə xizək qəzasında öldü

Azərbaycanlı deputatın oğlu xaricdə xizək qəzasında öldü

24-01-2019 02:20 / Bu xəbər 2152 dəfə oxundu

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə ölüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. 

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

"Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. 

O bildirib ki, hadisə bir neçə saat öncə baş verib.