Bakıda aksiya keçirilib, saxlanılanlar var

Bakıda aksiya keçirilib, saxlanılanlar var

19-03-2019 16:56 / Bu xəbər 1451 dəfə oxundu

Martın 19-da Bakının Fəvvarələr meydanında aksiya keçirilib. 

Razılaşdırılmamış aksiyada 10-a yaxın jurnalist və aksiya iştirakçısı saxlanılıb. 

Aksiyada Sevinc Sadıqova, Nurlan Libre, Fatimə Mövlamlı, Nurlan Cəfəri, Fərid İsmayılov, Niyazi Qurban, Cəmil Hacıyev, Məhəmməd Əlioğlu və s. fəalların iştirak etdiyi deyilir. 

Daxili İşlər Nazirliyindən, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

Saxlananların Səbail Rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsinə aparıldığı bildirilir, lakin məlumatı bölmədən də dəqiqləşdirmək mümkün olmayıb.

Nərgiz Absalamova
Toplum.Tv