Banklar niyə bu məlumatları gizlədir? (ŞƏRH)

Banklar niyə bu məlumatları gizlədir? (ŞƏRH)

03-02-2018 12:42 / Bu xəbər 2903 dəfə oxundu

"Bankların vahid hesabatlılığına qarşı minimum standartlar müəyyən edilməlidir".

Bu sözləri bəzi bankların aktiv və öhdəliklərinin valyuta strukturunu açıqlamaması probleminə toxunan iqtisadçı ekspert Rövşən Ağayev deyib.

"Bir qism banklar əhali və qeyri-əhali, həmçinin maliyyə və qeyri-maliyyə depozit və əmanətlərin həcmini hesabatlarda ayrıca göstərir, bir qism isə hesabata ümumi məlumat daxil etməklə kifayətlənir. Yaxud hansısa bank əhali və qeyri-əhali qrupları, hətta kiçik və iri biznes üzrə kreditlərin həcmini detallı və ayrıca açıqlayır, başqa bir bank isə kreditlərin ümumi həcmini göstərməklə kifayətlənir”, - deyə R.Ağayev bildirib. 

Ekspert qeyd edib ki, bank sektorunun şəffaf və müfəssəl statistikası bu sektorun düşdüyü ağır böhrandan çıxması üçün ən öndə olan şərtlərdən biridir: "Minimum standartdan yuxarı əlavə məlumatlar açıqlamağa maksimum təşəbbüs göstərmək artıq banklar üçün başucalığıdır”.

Arqument.Az