Baş həkimin oğlu “Lexus”la adam öldürdü

Baş həkimin oğlu “Lexus”la adam öldürdü

18-09-2017 15:43 / Bu xəbər 2043 dəfə oxundu

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, Nərimanov rayonunda "Lexus" markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Report-un yazdığına görə, maşının sürücüsü Mehdizadə Toğrul Nizami oğlu olub. 

T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.