"Basta" yenidən haker hücumuna məruz qaldı

24-02-2017 14:57 / Bu xəbər 1454 dəfə oxundu

"Bastainfo.com" yenidən haker hucumuna məruz qalıb. 

Bu haqda Arqument.Az-a saytın baş redaktoru Mustafa Hacıbəyli məlumat verib. 

"Sayta davamlı olaraq virus yukləyirlər. Hakerlərlə müharibə şəraitində işləyirik", - Mustafa Hacıbəyli bildirib.

Qeyd edək ki, bastainfo.com saytı tez-tez haker hücumuna məruz qalır.