Bəzi dərmanların istifadəsi qadağan edildi

Bəzi dərmanların istifadəsi qadağan edildi

29-12-2018 18:19 / Bu xəbər 2111 dəfə oxundu

Bəzi dərmanların istifadəsi qadağan edildi

Zərərli maddələrin siyahısına dəyişiklik olunub

Milli Məclisin iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na dəyişiklik layihəsi səsverməyə çıxarılıb.

Siyahıdakı 79-cu "Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb. Siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.

Layihədə bildirilib ki, "Tramadol hidroxlorid” ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.

Bundan başqa, siyahıya "Qabapentin” (bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur) "Aminometil” (tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.

Layihə səsə qoyularaq qəbul edilib.///Meydan.tv