Camal Qaşıqçı "ilin adamı" adına layiq görülüb

Camal Qaşıqçı

12-12-2018 14:40 / Bu xəbər 1628 dəfə oxundu

Öldürülən jurnalist Camal Qaşıqçının adı "Time" jurnalının "ilin adamı” adına layiq görülən jurnalistlər arasındadır.

"Amerikanın Səsi" xəbər verir ki, jurnal yaxşı və ya pis olmasından asılı olmayaraq, xəbərlərdə daha çox işıqlandırılan və ən nüfuzlu insan və qrupları bu ada layiq görür.

"Time"ın baş redaktoru Edvard Felsenhal NBC agentliyinin "Today" verilişdə bildirib ki, ilin adamı qəyyumlar və həqiqət mübarizidir.

Qaşıqçı ilə eyni siyahıda "Capital Gazette"in öldürülən 5 işçisinin adı da yer alır. Bundan əlavə əlavə vergidən yayınma ittihamı ilə həbs edilən filippinli jurnalist Mariya Ressa və bir ilə yaxındır Myanmada həbsdə olan jurnalistlər- Ua Lon və Kyau Oo da bu ada namizədlər arasındadır.

Jurnal Jurnalistlərin Müdafiəsi Komitəsinə istinadən 2017-ci ildə 262 müxbirin həbs edildiyini bildirib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə medianı "xalqın düşməni” adlandırıb.