Can Dündar "Nobel"ə namizəddir
29-09-2017 19:26 / Bu xəbər 2700 dəfə oxundu
Türkiyənin "Cümhuriyyət" qəzetinin keçmiş baş redaktoru Can Dündar Nobel Sülh Mükafatına namizəd göstərilib.
Toplum Tv-nin xəbərinə görə, bu barədə qəzetin saytı yazır.
Can Dündar 2015-ci ilin noyabrında həbs olunaraq, dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi.
2016-cı ilin fevralında, 92 gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.
Redaktor həmin ilin yayında Almaniyaya qaçıb.
Dünən, sentyabrın 28-i Türkiyənin "Milliyet" qəzetinin yaydığı məlumata görə C.Dündar İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub.
Bundan əvvəl Diyarbəkir Prokurorluğu Can Dündar barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb.
O, PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.