Cəbhədə atəşkəs pozuldu: daha bir hərbçimiz şəhid oldu
15-01-2017 11:35 / Bu xəbər 1899 dəfə oxundu
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
Arqument.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Arqument.Az