Daha bir beynəlxalq reytinqdə Azərbaycanın yeri

Daha bir beynəlxalq reytinqdə Azərbaycanın yeri

10-01-2019 17:37 / Bu xəbər 1229 dəfə oxundu

"Uzağa getməyək, Azərbaycan elə qonşu ölkələrdən də geridə qalıb”

BMT-nin Sənaye İnkişafı Təşkilatının 2018-ci il üzrə "Sənayenin rəqabətqabiliyyətliliyi” indeksində Azərbaycan 148 ölkə arasında 103-cü yerdədir.

Keçmiş SSRİ məkanından Tacikistan, Qırğızıstan və Moldova Azərbaycandan aşağıda, yerdə qalanları isə yuxarıda qərarlaşıb. 

Rusiya 32-ci, Litva 40-cı, Belorus 45-ci, Estoniya 50-ci, Latviya 58-ci, Ukrayna 65-ci, Qazaxıstan 67-ci, Gürcüstan 96-cı, Ermənistan 101-ci yerdədir.

İndeksdə reytinqlər 0-1 bal arasında təyin edilib: 1-ə yaxınlaşdıqca, ölkənin sənayesinin rəqabət qabiliyyətinin ən yüksək, 0-a yaxınlaşdıqca ən aşağı səviyyədə olduğu göstərilir.

Məsələn, 1-ci yerdə olan Almaniya 0.541, Azərbaycan isə 0.011 bala sahibdir.

İqtisadçı Rövşən Ağayev deyir ki, indeks 4 əsas parametr əsasında hesablanır:

"Hesablamalarda emal sənayesində yaranan əlavə dəyərin adambaşına məbləği, emal sənayesi ixracının adambaşına məbləği, ölkənin dünya üzrə emal sənayesində yaranan əlavə dəyərdə payı və ölkənin dünya üzrə emal sənayesi ixracında payı əsas götürülür. Çox uzağa getməyək, bu sahədə Azərbaycan elə qonşu ölkələrdən də geridə qalıb”.///Meydan.tv