Daha bir jurnalist Avropa məhkəməsinə üz tutdu

Daha bir jurnalist Avropa məhkəməsinə üz tutdu

17-03-2018 04:09 / Bu xəbər 2721 dəfə oxundu

Apellyasiya məhkəməsi infoaz.org saytının şikayətini təmin etməyib

Bu gün, martın 15-də Bakı Apellyasiya Məhkəməsində infoaz.org xəbər saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı 1 saylı İqtisadi-İnzibati Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətinə baxılıb. 

Bu barədə saytın rəhbəri Namiq Cəfərli məlumat verib. 

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsin hakimi Ülvü Mayılovun sədrliyi ilə keçirilən iclasda infoaz.org saytının şikayəti təmin edilməyib. Hakim Ülvü Mayılov kifayyət qədər subutların olmadığını əsas gətirərk iddianı təmin etməyib. Saytın rəhbəri isə bildirib ki, qəradan razı deyil və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək. 

"Açığı Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağını gözləmirdik. Azərbaycan məhkəmələrinin necə işlədiyi hər kəsə bəllidir. Burda möcüzə axtarmağa ehtiyyac yoxdur. Ona görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyik. Bu vaxta qədər rəhbərlik etdiyim infoaz.org saytının bloklanması ilə bağlı Azərbaycanda müvafiq qurumlara, sayı-hesabı olmayan dərəcədə dəfələrlə müraciət etmişik. Lakin məsələ ilə bağlı ətraflı cavab ala bilməmişik”, - deyə N.Cəfərli bildirib.

Namiq Cəfərlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova da qərardan narazı olduğunu bildirib.

Vəkil bildirib ki, Azərbaycanda saytların bloklanması ilk hal deyil: "Bundan əvvəl də saytlar bloklanıb və bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirib. Ona görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəyik”.