Dağlıq ərazilərə qar yağa bilər

Dağlıq ərazilərə qar yağa bilər

11-12-2018 14:32 / Bu xəbər 1065 dəfə oxundu

Dekabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. 

Lakin gecəyə doğru bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 11-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 12-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında da duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. 

Dağlıq ərazilərdə qar yağacağı gözlənir. 

Gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.