Deputatların, hakimlərin və məhkəmə sədrlərinin maaşı təsdiqləndi

Deputatların, hakimlərin və məhkəmə sədrlərinin maaşı təsdiqləndi

13-05-2018 15:37 / Bu xəbər 2454 dəfə oxundu

Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin aylıq vəzifə maaşları artdı.

Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qanuna etdiyi dəyişikliyi təsdiqləyib.

"Deputatların statusu haqqında” Qanuna edilən dəyişikliyə əsasən, Milli Məclis (MM) sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Sərəncamda "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1122-VQD nömrəli Qanununun tətbiqi haqqında" və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi də öz əksini tapıb.

Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə, Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Meydan.tv