Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR
12-01-2017 13:38 / Bu xəbər 1747 dəfə oxundu
Bu gün "qara bazar”da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb.
Arqument.Az fins.az-a istinadən xəbər verir ki, indi qanunsuz valyuta bazarında 1 dollar 1,8400 manata satılır.
Dolların "qara bazar”da alışı isə daha ucuzdur - 1,8200 manat.
Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub.
Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.
Arqument.Az