Dövlət istiqrazları risksiz borc alətləridir - TƏHLİL

Dövlət istiqrazları risksiz borc alətləridir - TƏHLİL

01-02-2019 19:32 / Bu xəbər 325 dəfə oxundu

Qadir İbrahimli

Ölkə ərazisində Maliyyə Nazirliyi tərəfindən milli valyutada emissiya edilən dövlət istiqrazları risksiz borc alətləridir. Bu istiqrazlar istər qısa, istərsə də ortamüddətli ola bilər. Məhz bu səbəbdən dövlət istiqrazlarının hər hansı bir digər borc alətləri ilə müqayisə edilməsi düzgün deyil.

Bir qədər əvvəl Mərkəzi Bankın sədri yaxın gələcəkdə devalvasiya risklərinin mümkün olmadığını bəyan etdi: "Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Hal-hazırda Maliyyə Nazirliyi tərəfindən milli valyutada buraxılan 1-3 illik dövlət istiqrazları təqribən 7-9 faiz gəlirliliklə yerləşdirilir. Eyni zamanda, kommersiya banklarının manatla qəbul etdiyi əmanətlərin gəlirlilik dərəcəsi 7-9 faiz, xarici valyutada isə təqribən 1-3 faiz civarındadır. Düzdür, əmanətlər üzrə faizlərin konkret dərəcəsi müxtəlif amillərdən asılıdır. Ancaq əsas məsəl devalvasiya riskidir ki, o da yaxın gələcəkdə gözlənilimir.

Bu və son iki il ərzində manatın məzənnəsinin sabit qalması Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarını alan investorlara banklarda xarici valyutada 1-3 faiz gəlirliliklə yerləşdirəcəkləri əmanətlərlə müqayisədə daha çox (təqribən 5-6 faiz) gəlir əldə edilməsinə şərait yaratmaqdadır. 

Əlavə olaraq qeyd etmək lazımdır ki, bir çox hallarda əhalinin banklarda əmanət olaraq yerləşdirdiyi sərbəst vəsaitlər nəticə etibarilə dövlət istiqrazlarına yatırılır.