Dövlət qurumları deputatları niyə saymır? - MÜNASİBƏT

Dövlət qurumları deputatları niyə saymır? - MÜNASİBƏT

19-01-2017 19:37 / Bu xəbər 1568 dəfə oxundu

Milli Məclisin İnsan haqları komitəsinin bugünkü iclasında deputat Yevda Abramov dövlət qurumlarının fəaliyyətindən şikayətlənib. 

O bildirib ki, deputatlar seçicilərdən daxil olan müraciətləri aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərsələr də, çox az sayda qurumdan cavab ala bilirlər. 

Deputat bunu Milli Məclisə hörmətsizlik kimi qiymətləndirərək vurğaulayıb ki, bu hal vətəndaşları dövlət qurumlarından da, Milli Məclisdən də incik salır: "Vətəndaşlar cavabı bizdən gözləyirlər, hardan bilsinlər ki, bəzi nazirliklər və dövlət qurumları biz deputatları da saymır”.

Deputat Tahir Kərimli isə bəzi nazirlikləri və digər dövlət qurumlarını deputatların sorğularına hörmətsiz yanaşmaqda ittiham edib.

Hüquqşünas Ələsgər Məmmədli Toplum.Tv-yə açıqlamasında bildirib ki, deputatlar, həqiqətən, belə ciddi problemlərlə qarşılaşırlarsa, Parlament hökumətin fəaliyyətini mənfi qiymətləndirməlidir:
 Ələsgər Məmmədli ile ilgili görsel sonucu
”"İnformasiya əldə etmək haqqında qanuna" görə, müraciət sorğu formasındadırsa, dövlət qurumları və onların vəzifəli şəxsləri fiziki və hüquqi şəxslərin sorğularına 7 iş günü içərisində cavab verməlidir. O cümlədən deputatlar fiziki şəxslərdir və əgər onların bu və ya digər formada hansısa dövlət qurumundan cavab almaq problemi varsa, onun ayrıca siyasi nəzarət imkanı da var ki, ildə bir dəfə hökumətin fəaliyyətini qiymətləndiri. Bu çərçivədə deputatlar həmin qurumların fəaliyyətini pozitiv və ya neqativ qiymətləndirə bilərlər. Fikrimcə, deputatlar, həqiqətən, belə ciddi problemlərlə qarşılaşırlarsa, parlamentdə hökumətin fəaliyyətini qiymətləndirdikləri zaman onun fəaliyyətini mənfi qiymətləndirib, yarıtmaz olduğu qənaətinə gəlməlidirlər. Əgər bunu deməyib, sadəcə, mediaya gileylənirlərsə, bu zaman onlar öz gerçək funksiyalarını bilmirlər”.

Jurnalist Aytən Fərhadova isə bildirib ki, dövlət qurumlarının deputatlara laqeyd və saymazyana münasibətinin səbəbi məhz onların özlərinin fəaliyyəti ilə bağlıdır:”Əgər bu gün deputatlar hansısa nazirliklərdən, ümumiyyətlə, dövlət qurumlarının işindən şikayət edirsə, bu, onların öz günahıdır. Qanunverici orqan dövlət qurumları qarşısında aciz qalırsa, indi görün adi vətəndaşa münasibət necədir?  Ona görə də qurumların bu davranışı həm də qanunverici orqanda təmsil olunan deputatların əməllərinin nəticəsidir. Deputatları vətəndaşlar seçir, onlar da vətəndaşın problemlərini parlamentdə deməlidirlər. Amma bizdə əksinədir və bu günə qədər vətəndaşların səsi eşidilməyib, problemləri həll edilməyib. Ölkədə bu qədər proseslər gedir və deputatlar proseslərdən çəkilib, hansısa idarəyə arzuya, xahişə minnətə gedirlər. Dövlət qurumlarının onlara bu laqeydliyinin səbəbi də özləridir". 
Aytən Fərhadova ile ilgili görsel sonucu
Jurnalist dövlət qurumlarının informasiya sorğusunu yarımçıq şəkildə cavabladıqlarını da qeyd edib: "O ki qaldı mənim müraciət etməyimə, jurnalist kimi dövlət qurumlarına informasiya sorğusu göndərdikdə yarımçıq, qısa, yayınmaqla cavablar veriblər. Məsələn, Baş Prokurorluq sonunda konkret olaraq bildirdi ki, sizə cavab vermirik. Nəinki ideal, hətta əhatəli cavablar belə ala bilmirəm. Özümü deputatlarla müqayisə eləmək istəmirəm, amma onların öz yaratdıqları mühitdir. Düşünürəm ki, şikayətlənməməlidirlər”. 

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dövlət qurumları ilə vətəndaşlar arasında böyük baryerin olduğunu deyib:
 Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu
"Bariyerin varlığı vətəndaşa ümumiyyətlə, şikayətini çatdırmağa da imkan vermir. Məmurun etik davranış qaydalarına riayət etməməsi, yaxud da vətəndaşın ona etdiyi müraciətin şikayət etdiyi şəxsə göndərilməsi halları müşahidə olunur. Hətta dövlət qurumlarının bir çoxu informasiya sorğularına da cavab vermirlər. Yəni əsas məsələ şikayətçi ilə dövlət qurumlarının probleminin olmasındadır. Bu problem aradan götürülməyəcək, ona görə ki məmur və yaxud da onun işlədiyi qurum cəmiyyətə, vətəndaşlara açıq deyil. Nə vaxta kimi məmur özbaşınalığı var və o vətəndaşın ərizə və şikayətinə baxmadığı üçün cəzalanmır, proses belə də davam edəcək”.

Jurnalist Xədicə İsmayıl da qurumların səriştəsizliyindən şikayətlənib:
 Xədicə İsmayıl ile ilgili görsel sonucu
”Dövlət qurumları informasiya sorğularına nadir hallarda cavab verir”.