Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı...”

Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı...”

25-02-2017 15:52 / Bu xəbər 1660 dəfə oxundu

"Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək".

Bunu Apa-ya Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"Bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə Ə. Həsənov qeyd edib.