Elman Fəttah Türkiyədə Qarabağla bağlı konfransda çıxış etdi - FOTOLAR

Elman Fəttah Türkiyədə Qarabağla bağlı konfransda çıxış etdi - FOTOLAR

17-12-2017 02:59 / Bu xəbər 1981 dəfə oxundu

Ötən gün, dekabrın 16-da Müsavat Divanının üzvü Elman Fəttah Ankarada Türkiyədən, Almaniyadan, Azərbaycandan siyasətçilərin və mütəxəssislərin qatıldığı konfransda iştirak edib.

Arqument.Az xəbər verir ki, bu barədə Elman Fəttah feysbuk hesabında məlumat yayıb. 

Qarabağ problemi və məhv edilən abidələrdən bəhs edən konfransın təşkilatçısı «Türkiyə Anıtlar Derneği» olub. 

E. Fəttah konfransda Qarabağ mövzusunda "Sovyetlerin dağılma sürecinde ayrılıkçı hareketler: Karabağ» başlıqlı məruzə ilə çıxış edib.