Ermənilər Ağdamda təlim keçirlər

Ermənilər Ağdamda təlim keçirlər

20-03-2018 17:48 / Bu xəbər 2072 dəfə oxundu

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur. 

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.
 
Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.