Ermənistanda Rusiya hərbçisini qadını öldürməkdə şübhəli bilirlər

Ermənistanda Rusiya hərbçisini qadını öldürməkdə şübhəli bilirlər

11-12-2018 17:09 / Bu xəbər 1320 dəfə oxundu

Hərbçi saxlanılıb

Ermənistan hüquq-mühafizə orqanları Rusiyanın Gümridə 102-ci hərbi bazasında xidmət edən hərbçisini yerli sakinin öldürülməsində şübhəli bilərək, saxlayıblar.

Rusiya mətbuatının xəbərinə görə, naməlum insanlar tərəfindən döyülərək, Gümri xəstəxanasına yerləşdirilən 57 yaşlı qadın Julyetta Qazaryan dekabrın 2-də orada ölüb. 

Hadisə ilə bağlı cinayət işi açılıb. Ertəsi gün, Ermənistan KİV-ləri hadisənin rusiyalı hərbçi tərəfindən törədilməsi barədə məlumat yayıblar.

Rusiyanın Ermənistandakı səfirliyi cinayətdə Rusiya vətəndaşının əlinin olması ilə bağlı xəbəri təkzib etsə də, hazırda hərbçi şübhəli şəxs qismində saxlanılır.

Bu, Rusiya hərbçilərinin Ermənistanda törətdikləri ilk belə cinayət deyil.

2015-ci il yanvarın 12-də Gümridəki bazada hərbi qulluq keçən Rusiya vətəndaşı Valeriy Permyakov yeddi nəfər üzvü olan erməni ailəsini, o cümlədən 1 yaş yarımlıq uşağı qətlə yetirib.

2016-cı ilin avqustunda məhkəmə onu ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıb.

Rusiyanın 102-ci hərbi bazası Yerevandan 126 km məsafədə yerləşən Gümridə yerləşib. Baza 1995-ci ildə formalaşıb.///meydan.tv