Fransada gürcü, erməni və azərbaycanlılardan ibarət cinayətkar dəstə tutulub

Fransada gürcü, erməni və azərbaycanlılardan ibarət cinayətkar dəstə tutulub

11-12-2018 16:11 / Bu xəbər 974 dəfə oxundu

Dəstə ev oğurluğu və avtomobil qaçırma ilə məşğul olub

Fransanın Lion şəhərində dekabrın 10-da keçirilən polis əməliyyatı nəticəsində Gürcüstan, Ermənistan və Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Gürcüstan mətbuatının verdiyi xəbərə əsasən, ümumilikdə 22 nəfər saxlanılıb. 

Məlumatı Gürcüstan kriminal polisinin departament direktoru Vladimir Bortsvadze məlumat verib.

O bildirib ki, əməliyyatda Fransa, Belçika və Gürcüstanın 300-dən çox polis əməkdaşı iştirak edib.

Saxlanılanlar Fransa ərazisində mənzil oğurluqları, avtomobil qaçırma, saxta sənədlərin hazırlanmasında ittiham edilirlər.

Saxlanılanları 15 ilə qədər həbs cəzası gözləyir.///meydan.tv