"Hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən narahatdır'' - Arif Hacılı

15-12-2017 01:23 / Bu xəbər 3770 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı əhali arasında "Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu haqda "Basta”ya Arif Hacılı özü məlumat verib.

O bildirib ki, sabah – dekabrın 15-də saat 14:00-da BMCMİ-yə gedəcək.

Başqan meydan.tv-yə bildirib ki, onu bu idarəyə zaman-zaman çağırırlar, amma bu dəfəki dəvətin səbəbini demədilər:

"Sadəcə, söylədilər ki, hansısa mövzuda mənimlə söhbət etmək istəyirlər. Dekabrın 14-də gəlməyimi istədilər, amma jurnalist Əfqan Muxtarlının məhkəməsi ilə əlaqədar Bakıda olmadığımdan sabaha saxladılar”.

Arif Hacılı güman edir ki, bu çağırışı partiyanın siyasi fəaliyyəti ilə əlaqəlidir: "Hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən narahatlığını bu şəkildə biruzə verir. Normal ölkələrdə partiya sədrinin belə bir idarəyə çağırılması şok effekti yaradardı, amma Azərbaycanda tez-tez olduğundan adi hala çevrilib. Yoxsa əsas müxalifət partiyasının başqanı DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrılmazdı”.