“Hazırlaş Rusiya, onlar uçub gələcək” – Trampdan raket zərbələri anonsu

“Hazırlaş Rusiya, onlar uçub gələcək” – Trampdan raket zərbələri anonsu

11-04-2018 15:55 / Bu xəbər 3151 dəfə oxundu

Prezident Donald Tramp ABŞ-ın Suriyaya raket zərbələri endirəcəyinin anonsunu verib. 

O özünün "Tvitter" səhifəsində Suriyaya atılan raketləri zərərsizləşdirməyə hazır olduqlarını açıqlayan Rusiya rəsmilərinin bəyanatlarına münasibət bildirib.

Rusiya Suriyaya uçan istənilən raketləri vurmağa hazır olduğunu deyir. Hazırlaş Rusiya, onlar uçub gələcək. Onlar yaxşı, yeni və "ağıllı” olacaqlar. Öz vətəndaşlarını qazla öldürüb bundan zövq alan heyvanı müdafiə etmək lazım deyil.

Donald Tramp

Aprelin 11-də Rusiyanın Livandakı səfiri Aleksey Zasıpkin deyib ki, rəsmi Moskva Suriyaya tuşlanan raketləri məhv etmək hüququnu özündə saxlayır.

Suriyada Bəşər Əsəsd rejimini müdafiə edən ordu birləşmələrinin kimyəvi silahdan istifadə etməsi nəticəsində Suriyada onlarla insan, o cümlədən qadınlar və uşaqlar həlak olub.

Rusiya bu ittihamları təkzib etsə də, BMT Təhlükəsizlik Şurasında hadisə birgə araşdırılmasına dair qətnamənin qəbuluna veto qoyub.

Mustafa Hacıbəyli
Bastainfo.com