İcra başçısı həbsdə olan jurnalisti məhkəməyə verdi - Sabah məhkəmədir

İcra başçısı həbsdə olan jurnalisti məhkəməyə verdi - Sabah məhkəmədir

23-01-2017 22:59 / Bu xəbər 2066 dəfə oxundu

"Sabah saat 11.00-da Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğluna qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək".

Arqument.Az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. 

Onun sözlərinə görə nəhkəmə iclası açıq olacaq. 

Qeyd edək ki, bir müddət öncə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Fikrət Fəraməzoğlundan xüsusi ittiham qaydasında Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edib. 

Rafil Hüseynov Fikrət Fəraməzoğlunu CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda ittiham edir.

Fikrət Fərəməzoğlu isə yaydığı müraciətdə icra başçısının bu addımını siyasi sifriş adlandırıb. O hesab edir ki, Rafil Hüseynovun həbsdə olduğu müddətdə belə bir iddia qaldırması tapşırıq əsasında olub. 

Arqument.Az