İcra başçısının müavini Elina ilə bağlı dindirildi

İcra başçısının müavini Elina ilə bağlı dindirildi

13-04-2019 14:09 / Bu xəbər 1234 dəfə oxundu

162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Unikal.org xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. 

Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.

Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.