İlham Əliyev Azərbaycanın yeni qaz yatağı haqda

İlham Əliyev Azərbaycanın yeni qaz yatağı haqda

24-02-2017 13:34 / Bu xəbər 1537 dəfə oxundu

"Abşeron” yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq.

Qaynarinfo.Az xəbər verir ki, bunu prezident İlham Əliyev fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı deyib.

"Bu, ilk növbədə, bizim qaz potensialımızın "Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki "Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, "Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik”.

Arqument.Az