“İlqar Məmmədov azadlığa buraxılmasını xahiş etməyəcək” - Vəkil

“İlqar Məmmədov azadlığa buraxılmasını xahiş etməyəcək” - Vəkil

07-12-2017 19:04 / Bu xəbər 2080 dəfə oxundu

"İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil".
 
Bunu REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun bugünkü fikirlərini Turan-a şərh edərkən bildirib.

O bildirib ki, İ.Məmmədov cəzasının üçdə ikisini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilər.

"İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir", - vəkil vurğulayıb.

Onun sözlərinə görə, İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil.

Dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı prosedura başlayıb. Səbəb İ. Məmmədovun azadlığa buraxılması barədə Strasburq məhkəməsinin qərarının icrasından imtinadır.

N.Məmmədov AŞ baş katibi Turbörn Yaqlandın şəxsi qərəzli olduğunu da bildirib. Guya o, İ. Məmmədovun işindən istifadə edərək Azərbaycanı "cəzalandırmaq" istəyir.

N.Məmmədov öz mülahizələrini davam etdirərək Avropa İttifaqını və Avropa Şurasını "xristian klubu" adlandırıb.

N.Məmmədov buna əsas kimi Avropa Şurasının Azərbaycan ərazilərinin işğalına görə Ermənistanı cəzalandırmaq istəməməsini göstərib.

İ.Məmmədov bunda islamofobiyanın təzahürünü görür. "Hətta ikitərəfli danışıqlarda özünü dost kimi göstərməyə çalışan ölkələr səsvermədə başqa cür hərəkət edirlər", - N.Məmmədov gileylənib.