İlqar Məmmədovun işi yenidən Şəki Apelyasiya Məhkəməsində

İlqar Məmmədovun işi yenidən Şəki Apelyasiya Məhkəməsində

02-07-2018 15:06 / Bu xəbər 298 dəfə oxundu

İyunun 30-da Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası məsələsinə baxıb.

Vəkil Fuad Ağayev bildirib ki, Plenum kassasiya və apellyasiya instansiyalarının qərarını ləğv edərək işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Qeyd edək ki, bundan öncə Ali Məhkəmə işi bir dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və o, qərarı qüvvədə saxlamışdı.

Müşahidəçilərin fikrincə, Plenumun bu qərarı İ.Məmmədovun həbsdə saxlanmasını yubatmaq üçün hakimiyyətin hiyləsidir.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

AİHM İ.Məmmədovun həbsinin qanunsuz olması ilə bağlı iki qərar qəbul etsə də Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda davam edir.