İsa Qəmbər tezliklə evə buraxılacaq

İsa Qəmbər tezliklə evə buraxılacaq

16-01-2018 19:04 / Bu xəbər 1888 dəfə oxundu

"İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir”. 

Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib. 

O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: "Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır”.    

İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: "Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur”.

Tarix elmləri namizədi Aidə Qəmbər APA-ya bildirib ki, həyat yoldaşının səhhəti yaxşıdır: "Mən İsa bəyin yanındayam. Onu müalicə edən həkimlə də danışmışam. Hər şey yolundadır. Düşünmürəm ki, onu xarici ölkəyə göndərmək lazım olsun. Yəqin ki, buna ehtiyac olmayacaq. Buradakı həkimlər də sağ olsunlar, İsa bəyə çox diqqətlə, qayğı ilə yanaşırlar. Onlara da təşəkkür edirəm”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.