İTV-nin rəhbəri dəyişdi

İTV-nin rəhbəri dəyişdi

11-05-2018 18:22 / Bu xəbər 3192 dəfə oxundu

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Bu haqda İTV-nin Yayım Şurasının məlumatında bildirilir. Qərar Yayım Şurasının mayın 11-də keçirilmiş toplantısında qəbul edilib.

Yayım Şurası bildirir ki, C.Quliyevin səlahiyyətlərinə səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar xitam verilib. Onun vəzifədən getmək istəyi ilə Şuraya rəsmi müraciət etdiyi, müzakirələrdən sonra uyğun qərarın qəbul olunduğu bildirilir.

Yayım Şurasında İTV-yə yeni baş direktor seçilib. Yeni direktor Balakişi Qasımovdur.

B.Qasımov 1978-ci ildə doğulub. Beynəlxalq «Nə? Harada? Nə zaman?» elitar oyunlar klubunun Azərbaycanda aparıcısı və baş prodüseridir, Gametv.az prodüser mərkəzinin rəhbəridir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

C.Quliyev isə 2013-cü ilin aprelindən İTV-yə rəhbərlik edirdi.

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq, 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyib.///azadliq.org