Məhbus jurnalistlər: Türkiyə şəriksiz liderdir

Məhbus jurnalistlər: Türkiyə şəriksiz liderdir

14-12-2018 01:20 / Bu xəbər 884 dəfə oxundu

Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi dekabrın 13-də məhbus jurnalistlərlə bağlı hesabat yayıb. 

Novator.az bildirir ki, hesabata görə, dünyada 251 jurnalist həbsdədir. Onların 33-ü qadındır.

Türkiyədə 68, Çində 47, Misirdə 25, Səudiyyə Ərəbistanı və Eritreyanın hər birində 16, Vyetnamda 11, Azərbaycanda 10, İranda 8, Kamerunda 7, Bəhreyn və Suriyanın hər birində 6, Rusiya, Mərakeş və Ruandanın hər birində 4, Venesuelada 3, Myanma və Konqo Demokratik Respublikasının hər birində 2, Qırğızıstan, Ukrayna, Livan, Hindistan, Pakistan, Somali, Əlcəzair, Mavritaniya və Braziliyanın hər birində 1 jurnalist həbsdədir.

3 jurnalist İsrail və Fələstinin işğal olunmuş ərazilərində məhbəsə salınıb.

Siyahının Azərbaycanla bağlı bölümündə 10 məhbus jurnalistin adları belə sıralanır: Əfqan Muxtarlı, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Ziya Əsədli, Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Əfqan Sadıqov, İkram Rəhimov.