Mərhum jurnalistin kitabı dərc ediləcək

Mərhum jurnalistin kitabı dərc ediləcək

19-01-2018 15:14 / Bu xəbər 2012 dəfə oxundu

Mərhum jurnalist Zabil Müqabiloğlunun dərc olunmayan şeir və hekayələr kitabı hazırlanır.

Bu barədə AzNews.az-a jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib. 

O, təşəbbüsün necə yaranmasından söz açıb: "Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar”. 

"Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım. İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq” Sevinc Əliyeva deyib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet”, "Avropa”, "Tərcüman”, "Yeni Müsavat” qəzetlərində çalışıb.Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.