Merkel Azərbaycana gələcək

Merkel Azərbaycana gələcək

21-07-2018 17:22 / Bu xəbər 1609 dəfə oxundu

Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.

"Sputnik" agentliyinin verdiyi xəbərə görə,  A. Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. 

O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.  

Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.