Mingəçevirə yeni icra başçısı təyin edildi

Mingəçevirə yeni icra başçısı təyin edildi

17-12-2018 16:59 / Bu xəbər 1311 dəfə oxundu

İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

İ.İsmayılov bu təyinatadək Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.