Müsavatçı gənc həbs edilib

Müsavatçı gənc həbs edilib

20-01-2019 12:41 / Bu xəbər 1458 dəfə oxundu

''Elman Quliyev saxlanılarkən əlində mitinqlə bağlı şüar və məhbusların şəkli olub''

Binəqədi Rayon Məhkəməsi yanvarın 19-da Müsavat Partiyası Gənclər Təşkilatının fəalı Elman Quliyevə 15 sutka həbs cazası verib.

Məlumatı Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli verib.

Fərəc Kərimli deyir ki, Elman Quliyev dünən partiya qərargahının yaxınlığında 10-a yaxın polis tərəfindən saxlanılıb. 

Onun əlində yanvarın 19-da keçirilən mitinqlə bağlı şüarlar və məhbusların şəkli olub.

Ancaq Fərəc Kərimli Elman Quliyevin hansı maddə ilə ittiham olunduğunu bilmir:

"Order olmadığından vəkil onunla bazar ertəsi, yanvarın 21-də görüşəcək”.